Müasir informasiya texnologiyalarının ən aktual məsələlərindən biri də İnternet səhifələrin yükləmə sürətinin artırılmasıdır.
Bu problemin həlli ilə əlaqədar olaraq Google şirkəti verilən məlumatın əsas həcmini əks etdirən şəkillərin sıxılmasını əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlib.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, bundan öncə 2010-cu ildə şirkət artıq WebP formatından istifadə ilə bağlı orijinal həll təklif edirdi ki, bu da keyfiyyətin saxlanılması şərtilə ötürülən faylın həcmini 10% aşağı salırdı.
Bu format yalnız Google tərəfindən istifadə olunduğundan, JPEG formatında təqdim edilən faylların optimallaşdırılmasıyla məşğul olmağa qərar qəbul edilib.
Google şirkətinin təqdim etdiyi Guetzli alqoritmi insan görməsinin psixovizual xüsusiyyətlərinə əsaslanan orijinal Butteraugli modeliylə təmin olunur. Bu alqoritm JPEG faylların həcmini 35% azaltmağa imkan verir. Bu alqoritmin daha bir üstün cəhəti isə onun hazırda mövcud olan bütün brauzerlər və tətbiqetmələrə uyğun olmasıdır.
Şəklin sıxılmasının yeni texnologiyası haqqında bütün məlumatlar GitHub xüsusi xidmətində hər kəsə əlçatandır.