03-04-2017
 
Word proqramına süni intellekt tətbiq edilib

Microsoft  şirkəti Office 365 paketinə daxil olan Word proqramı üçün Korrektor panelini təqdim edib.

Paneldə süni intellekt texnologiyaları tətbiq edilir ki, bu da qrammatik səhvləri düzəltməklə yanaşı, həm də mətnin stilistikasının yaxşılaşdırılması üçün istifadəçilərə kömək etməyə imkan verir.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, korrektor paneli Word proqramındakı “Yazı qaydaları” funksiyası kimi işləyir və yazı stilinin təkmilləşdirilməsi üzrə təkliflər siyahısı təqdim edir.

Məsələn, “maybe” və “basically” (“ola bilər” və “əsasən”) sözlərini mənanı itirmədən silmək mümkün olarsa, onlar “şübhəli” kimi işarələnir.

İlk baxışda alqoritm sadə görünür, lakin Word  yalnız müəyyən siyahıdan sözləri tapmır. Məsələn, really (“həqiqətən”) sözü “həqiqətən yaxşı” mənasında işləndiyində işarələnir.

 Bu halda sadəcə “yaxşı” yazmaq daha uyğundur və Word bunu “məsləhət görür”. Əgər müəllif “Həqiqətən?” sualına versə, proqram anlayacaq ki, bu sözü başqa sözlə əvəz etmək mükün deyil və daha başqa təklif irəli sürməyəcək.

Korrektor  paneli standart orfoqrafiya panelində yer alıb və F7 yaxud kontekst menyusunda vurğulanmış sözün üzərinə basmaqla istifadə olunur. 

Word  potensial qrammatik səhvləri ikiqat göy xətlə, üslub çatışmazlıqlarını isə  sarı punktirlərlə (qırıq xətlərlə) qeyd edir.

Office və Microsoft-un digər məhsullarının istehsalçıları son zamanlar intellektual alqoritmlərə əsaslanan funksiyaları fəal şəkildə tətbiq edirlər.

Belə ki, 2014-cü ildə Skype-da neyroşəbəkə texnologiyası əsasında danışığın avtomatik tərcüməsi meydana çıxmışdı. 

2016-cı ildə isə Office proqramına lüğət tərifləri və ensiklopedik arayışları tapan “İntellektual axtarış” funksiyası əlavə olunub.

Digər xəbərlər

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

“Bizim proqramçılar proqramı yazmaqla işi bitmiş hesab edir”

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

Bakı Dövlət Universiteti 1469 xəbərlə birincidir

Bakı Dövlət Universiteti ali məktəblər üzrə media reytinqdə birinci olub

Daha bir xidmət portala inteqrasiya edildi

Nitqi mətnə çevirən proqram hazırlanıb

Twitter bu paylaşımları qadağan etdi-Qərar

BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib