10-04-2017
 
Ağıllı qulaqlıq smartfonu üz ifadəsi ilə idarə edir

Almaniyanın Fraunhofer İnstitutunun alimləri sahibinin mimikasına əsaslanaraq smartfonu idarə edə bilən ağıllı qulaqlıqlar hazırlayıb.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, “EarFieldSensing” qulaqlıqlarının alətlər panelində hələ ki, 5 əmr yazılıb.

Əmr yol hərəkəti qaydalarının pozulması zamanı insanları avtomobil idarə edərkən telefondan istifadəni dayandırmağa vadar edən texnologiyanı təklif edir.

Belə ki, ağıllı  qulaqlıqlar sistemi müqayisə elektrodlarından və 9V batareyaları ilə işləyən, Bluetooth vasitəsilə məlumatları ötürən Arduino mikrosxeminə qoşulan sensorlardan ibarətdir.

“Bu, yalnız tədqiqat layihəsidir, lakin üz ifadəsindən istifadə edərək zəngə cavab vermək artıq mümkündür”, – deyə tədqiqat qrupunun rəhbəri Denis Mattis bildirib.

Hazırda sistem təbəssüm, göz qırpma, başın sağa dönməsi, ağızın açılması kimi müxtəlif ifadələri aşkar edə bilir. Mimik hərəkətlərin tanınmasının dəqiqliyi 90 faizə çatır.

Digər xəbərlər

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

“Bizim proqramçılar proqramı yazmaqla işi bitmiş hesab edir”

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

Bakı Dövlət Universiteti 1469 xəbərlə birincidir

Bakı Dövlət Universiteti ali məktəblər üzrə media reytinqdə birinci olub

Daha bir xidmət portala inteqrasiya edildi

Nitqi mətnə çevirən proqram hazırlanıb

Twitter bu paylaşımları qadağan etdi-Qərar

BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib