30-06-2017
 
Plastik kart əvəzinə smartfon qəbul edən bankomatlar

Alfa bank Rusiyada ilk dəfə olaraq nağd pul çəkməyə və plastik kartın iştirakı olmadan hesabı yükləməyə imkan verən bankomatlar quraşdırıb.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, əməliyyatın aparılması üçün Android Pay, Samsung Pay və ya Apple Pay ödəmə funksiyasını dəstəkləyən smartfon və ya “ağıllı” saatdan istifadə olunur.

Hələ ki, Alfa bank-ın bankomatları yalnız MasterCard sisteminin kartlarını dəstəkləyir. İlin sonuna kimi digər sistemlərin kartlarının da dəstəklənməsi gözlənilir.

Bankın xidmətlərindən istifadə etmək üçün smartfonu NFC-hesablayıcıya (Near field communication – yaxın kontaktsız əlaqə) toxundurmaq lazımdır. Bununla da, plastik karta təqdim olunan bütün imkanlar smartfon üçün əlçatan olacaq.

Qeyd edək ki, Alfa bank-la yanaşı, digər maliyyə təşkilatları da bankomatları NFC-çiplərlə təchiz etmək niyyətindədirlər.

Bank analitikləri hesab edirlər ki, kontaktsız bankomatlar nağd pulların ənənəvi üsulla çıxarılması ilə müqayisədə, müştərilərə xidmət göstərilmə vaxtını əhəmiyyətli dərəcədə azaldacaq. Bundan başqa, müştərilərin bank kartını özü ilə daşımasına ehtiyac qalmayacaq.

Digər xəbərlər

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

“Bizim proqramçılar proqramı yazmaqla işi bitmiş hesab edir”

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

Bakı Dövlət Universiteti 1469 xəbərlə birincidir

Bakı Dövlət Universiteti ali məktəblər üzrə media reytinqdə birinci olub

Daha bir xidmət portala inteqrasiya edildi

Nitqi mətnə çevirən proqram hazırlanıb

Twitter bu paylaşımları qadağan etdi-Qərar

BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib