06-09-2017
 
WhatsApp yeni proqram təqdim edib

Bu yaxınılardda WhatsApp biznes sahibləri üçün yeni xidmətlər istifadəyə verdi. 

Göründüyü kimi, Facebook WhatsApp-ı 19 milyard dollar satın aldıqdan sonra indi də pul qazanmağı planlaşdırır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, WhatsApp kiçik və orta ölçülü şirkətlərin ödənişli istifadə edə biləcəyi bir proqramı istifadəyə verməyə hazırlaşır.

Belə ki, bu proqramda biznes sahiblərinin istifadə edə biləcəyi xüsusi özəlliklər yer alıb.

Bu ödənişli proqram məsələn, böyük hava yolu şirkətlərinə WhatsApp vasitəsilə sərnişilərinə uçuşları xatırlatmaq imkanı verəcək və ya yemək sifarişlərinin görüntüsünü platforma üzərindən göndərə biləcək.

WhatsApp-ın rəsmisi Matt Idema açıqlamasında deyib ki, bu xidməti yaratmaqda əsas məqsəd insanların şirkətlərdən ehtiyacı olan cavabları almalarını təmin etməkdir.

Hazırda WhatsApp 1.3 milyard istifadəçiyə sahibdir. 

Digər xəbərlər

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

“Bizim proqramçılar proqramı yazmaqla işi bitmiş hesab edir”

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

Bakı Dövlət Universiteti 1469 xəbərlə birincidir

Bakı Dövlət Universiteti ali məktəblər üzrə media reytinqdə birinci olub

Daha bir xidmət portala inteqrasiya edildi

Nitqi mətnə çevirən proqram hazırlanıb

Twitter bu paylaşımları qadağan etdi-Qərar

BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib