06-09-2017
 
“Elektron Təhsil” müsabiqəsi başladı

Bu gündən “Elektron Təhsil” Respublika müsabiqəsinə start verilir.

Bu barədə Xeberler.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı musabiqe.edu.az saytından almaq mümkündür.

“Elektron Təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı http://musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər.

Müsabiqə AzEduNet, Ultra, Edumedia Azərbaycan, Nar mobil operatoru və Təhsildə İnnovativ Texnologiyar əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

Digər xəbərlər

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

“Bizim proqramçılar proqramı yazmaqla işi bitmiş hesab edir”

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

Bakı Dövlət Universiteti 1469 xəbərlə birincidir

Bakı Dövlət Universiteti ali məktəblər üzrə media reytinqdə birinci olub

Daha bir xidmət portala inteqrasiya edildi

Nitqi mətnə çevirən proqram hazırlanıb

Twitter bu paylaşımları qadağan etdi-Qərar

BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib