15-02-2018
 
Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

Məlum olduğu kimi, uzun nüddətdir İKT sektorunda Müstəqil Tənzimləyici Qurumun (Milli Telekommunikasiya Şurasının) yaradılması müzakirə edilir.

“Bu il İKT sektorunda Müstəqil Tənzimləyici Qurumun (Milli Telekommunikasiya Şurasının) yaradılması üçün həlledici il olmalıdır”.

Bunu Xeberler.az-a məsələ ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti, eskpert Osman Gündüz deyib.

Onun sözlərinə görə, bu, Strateji Yol Xəritəsində nəzərdə tutulub. Əslində isə ötən ildən bununla bağlı İşçi Qrup yaradılmalıydı:

“İndiyədək tənzimləmə funksiyasını, o cümlədən də bu bazarda kommersiya və təsərrüfat fəaliyyətini, dövlət idarəetməsini də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN ) icra edir. Yol Xəritəsinə görə, 2020-ci ilədək Nazirlik ləğv edilməli və onun əsasında Milli Telekommunikasiya Şurası yaradılmalıdır. Şuranın üzvləri və Sədri Prezident tərəfindən təyin olunur".

Ekspert bildirib ki, Telekommunikasiya sektorundakı bütün əsas funksiyalar, lisenziyaların verilməsi, milli tezlik spektrinin bölgüsü, nömrə resurslarının ayrılması, rüsum və tariflərin tənzimlənməsi, istehlakçıların hüquqlarının qorunması və s. məhz MTŞ tərəfindən həyata keçirilməlidir:

“Yol Xəritəsinə görə İşçi Qrup artıq keçən ildən MTŞ-nin yaradılması ilə bağlı Çərçivə Planını və müvafiq qurumun yaradılmasına dair məsələləri əhatə edən üçillik Keçid Planı hazırlamalıydı. Həmçinin də tənzimləyici qurumun fəaliyyət istiqamətlərini, onun hüquq və vəzifələrini, səlahiyyətlərini və məsuliyyətini müəyyən edən normativ-hüquqi aktların layihələrini hazırlamalıydı. Yol Xəritəsinə görə qurumun yaradılması üçün məsul şəxs Prezident Administrasiyası, normativ sənədlərin hazırlanması üçün məsul şəxs, Nazirlər Kabineti, NRYTN və digər nazirliklərdir”.

İndiyədək bu istiqamətdə hansı işlər görülüb ?

“Ötən ilin sonunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin həyata keçirdiyi monitorinqin nəticələrinə görə demək olar ki konkret bu istiqamət üzrə heç bir iş görülməyib. İndiki halda bu istqiamətdə hansı addımlar atılır, nələr gözlənilir, İşçi Qrupu formalaşdırlıbmı , keçid planı hazırlanırmı və s. bu tip sualların cavablarını da güman ki məsul şəxslər və İqtisadi İslahatların Kommunikasiya Mərkəzi açıqlaya bilər”.

Digər xəbərlər

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

“Bizim proqramçılar proqramı yazmaqla işi bitmiş hesab edir”

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

Bakı Dövlət Universiteti 1469 xəbərlə birincidir

Bakı Dövlət Universiteti ali məktəblər üzrə media reytinqdə birinci olub

Daha bir xidmət portala inteqrasiya edildi

Nitqi mətnə çevirən proqram hazırlanıb

Twitter bu paylaşımları qadağan etdi-Qərar

BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib