14-03-2017
 
Ən populyar proqramlaşdırma dili hansıdır?

TIOBE Software şirkəti ən populyar proqramlaşdırma dillərinin yeni reytinqini açıqlayıb.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, indeksdə 1-ci  yerdə həmişə olduğu kimi, 16,3 faizlik göstərici ilə Java proqramlaşdırma dili qərarlaşıb.

2-ci yeri il ərzində göstəricisi kəskin azalan (2016-cı ilin martında 14,5 faiz, hazırda isə 6,86 faiz təşkil edir) С proqramlaşdırma dili tutub.

3-cü pillədə 5,1 faizlə tezliklə ikinci mövqeyə yüksəlməsi gözlənilən С ++ yer alıb. İlk beşliyi isə Python və Vusial Basic.NET tamamlayıb.

Son ildə dörd pillə yüksələn Apple Swift dili reytinqdə 2,27 faizlik nəticə ilə onuncu yerə sahib olub.

Qeyd edək ki, Tiobe Software şirkətinin reytinqi proqramlaşdırma dilləri üzrə ən məşhurudur. Burada populyarlıq indeksi ən yaxşı proqramlaşdırma dilini yazılan çoxsaylı kod sətirləri ilə deyil, Google, Baidu, Wikipedia, Yahoo, Ebay və YouTube resurslarının statistikasının analizi əsasında dillərə marağın dəyişməsinə əsasən müəyyənləşdirir.

 

Digər xəbərlər

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

“Bizim proqramçılar proqramı yazmaqla işi bitmiş hesab edir”

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

Bakı Dövlət Universiteti 1469 xəbərlə birincidir

Bakı Dövlət Universiteti ali məktəblər üzrə media reytinqdə birinci olub

Daha bir xidmət portala inteqrasiya edildi

Nitqi mətnə çevirən proqram hazırlanıb

Twitter bu paylaşımları qadağan etdi-Qərar

BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib