29-01-2020
 
GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən GoldenPay bu sahədə fəaliyyətini davam etdirir. Şirkətin 2018-ci ildən etibarən təqdim etdiyi SABAH Qrupu tələbələrinə Təqaüd Proqramının 2020-ci il üçün nəticələri müəyyən edilib. Yanvarın 24-də GoldenPay şirkətinin , Məhsulların inkişafı və Marketinq üzrə Baş direktor Tuğba Uçar Təqaüd Proqramının qalibləri ilə görüşüb və onları təbrik edərək, suallarını cavablandırıb və gələcək karyeralarında uğurlar arzulayıb.

Bir çox universitetləri əhatə edən bu proqrama qatılmaq üçün müxtəlif təhsil ocaqlarından onlarla SABAH Qrupu tələbələri müraciət edib. Oktyabrın 30-dan başlanan mərhələli seçim prosesinin sonunda 3  tələbə GoldenPay-in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu  3 tələbə 2020/2021 təhsil ili müddətində GoldenPay şirkəti tərəfindən hər təhsil ayı üçün müəyyən edilmiş məbləğdə təqaüd alacaqlar. Belə ki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universitetinin SABAH Qrupunda təhsil alan tələbələr bu fəxri Təqaüd proqramına layiq görüldülər.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az  Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Digər xəbərlər

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

“Bizim proqramçılar proqramı yazmaqla işi bitmiş hesab edir”

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

Bakı Dövlət Universiteti 1469 xəbərlə birincidir

Bakı Dövlət Universiteti ali məktəblər üzrə media reytinqdə birinci olub

Daha bir xidmət portala inteqrasiya edildi

Nitqi mətnə çevirən proqram hazırlanıb

Twitter bu paylaşımları qadağan etdi-Qərar

BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib

“Kripto pullar hər an sıfırlana bilər”