İnformasiya sistemləri və şəbəkələrinin inzibatçılığı şöbəsi Bakı Dövlət Universitetinin İntranet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olmasını, İnformasiya sistemləri və bazalarının qorunmasını və ümumdünya qlo­bal şəbəkəsinə çıxışı təmin edən stru­k­tur bölməsidir.

 

Şöbənin vəzifələri və funksiyaları

  • Sistem proqramlarının səhvsiz və fasiləsiz işləməsini təmin etmək (OS Windows, Linux, Windows Server);
  • İnformasiya sistemlərinin surətini (backup) yaratmaq;
  • Şəbəkə infrastrukturunun modernləşdirilməsini təmin etmək;
  • Şəbəkə avadanlıqlarına texniki və proqram xidmətı göstərmək;
  • BDU-da istifadə olunan informasiya sistemlərinin qarşılıqlı əlaqəli fəaliyyətini təşkil etmək;
  • BDU-nun informasiya sistemləri və məlumat bazalarından təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
  • BDU üzrə informasiya texnologiyaları strategiyasının hazırlanması, həyata keçirilməsi və daima inkişaf etdirilməsində iştirak etmək;
  • Korporativ şəbəkənin idarə olunması, monitorinq və təhlil işləri, eləcə də internet trafikinin uçotunun aparılması və informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə trafikin müşahidəsini aparmaq;
  • BDU lokal kompüter şəbəkələrinin fəaliyyətinin təmin edilməsi, onlara nəzarətin həyata keçirilməsi, BDU strukturuna daxil olan və tabeliyində olan qurumları arasında elektron əlaqənin və elektron məlumat mübadiləsinin yaradılmasında iştirak edilməsi;
  • BDU strukturları arasında təhlükəsiz və etibarlı şəbəkə əlaqəsinin, məlumat mübadiləsinin təşkil edilməsi, mövcud sistemlərin qüsursuz və etibarlı işləməsini təmin etmək;
  • BDU korporativ şəbəkəsinə server və şəbəkə avadanlıqlarının quraşdırılması, tənzimlənməsi və mövcud olan server və şəbəkə avadanlıqlarının idarə edilməsi, şəbəkə istifadəçilərinin istifadə hüquqları ilə təmin edilməsi;
  • İstifadə olunan texniki vasitələrin vaxtında yeniləşdirilməsinin təmin edilməsi, yeni serverlərin və şəbəkə avadanlıqlarının alınması üçün sifarişlərin hazırlanması, alınması və istifadəyə verilməsinin həyata keçirilməsini təmin etmək.