İnternet texnologiyaları şöbəsi Bakı Dövlət Universitetində müəyyən üsullarla xüsusi texniki vasitələr və proqramlardan istifadə etməklə yaradılmış texnologiyaların xidmətini həyata keçirən struktur bölməsidir.
Şöbənin vəzifələr və funksiyaları
- Elektron Universitet, Tədrisin idarə olunması, vahid sənəd dövriyyəsi proqram təminatlarının yaradılmasında və ya alınmasında iştirak etmək;
- BDU strukturuna daxil olan və tabeliyində olan qurumları arasında elektron əlaqənin və elektron məlumat mübadiləsinin yaradılmasında iştirak etmək;
- VEB resurslarının yaradılması, yenilənməsı və ona texniki xidmətin göstərilməsi;
- İnternet texnologiyaları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin təşkil edilməsində iştirak etməsi;
- İnternet üzərindən konfransları və ya vebinarları təşkil etmək;
- Universitet əməkdaşlarınin BDU-nun üzv olduğu Beynəlxalq internet resurslarına (kitabxana resursları, Web of Science və s.) çıxışını təmin etmək;
- Universitet strukturlarını, əməkdaş və tələbələrini rəsmi e-poçt xidmətləri ilə təmin etmək;
- BDU-nun müvafiq qurumları ilə birlikdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının hazırlanması və onun həyata keçirilməsinə dair təkliflər hazırlamaq;
- BDU strukturları arasında təhlükəsiz və etibarlı şəbəkə əlaqəsini, məlumat mübadiləsini təşkil və mövcud sistemlərin qüsursuz və etibarlı işləməsini təmin etmək;
- BDU-nun bəzi İnternet resurslarına uzaqdan girişı təmin etmək;
- BDU mühazirələr bazasını inkişaf etdirmək;
- Distant təhsilin təşkilində iştirak etmək.