İnternet və şəbəkə texnologiyaları şöbəsi

Şöbə aşağıdakı işləri həyata keçirir: 

  • BDU-nun İntranet şəbəkəsinin layihələndirilməsi və onun inkişafı;

  • BDU şəbəkəsinin təhlükəsizliyinin və işçi vəziyyətdə saxlanmasının təmin edilməsi;

  • BDU informsiya resurslarının təhlükəsizliyinin və işçi vəziyyətdə saxlanmasının təmin edilməsi;

  • BDU şəbəkəsinin inkişaf etdirilməsi və daim aktual saxlanması üçün tədbirlərin hazırlanması;

  • BDU lokal kompüter şəbəkələrinin fəaliyyətinin təmin edilməsi, onlara nəzarətin həyata keçirilməsi, BDU strukturuna daxil olan və tabeliyində olan qurumları arasında elektron əlaqənin və elektron məlumat mübadiləsinin yaradılmasında iştirak edilməsi;

  • BDU strukturları arasında təhlükəsiz və etibarlı şəbəkə əlaqəsinin, məlumat mübadiləsinin təşkil edilməsi, mövcud sistemlərin qüsursuz və etibarlı işləməsinin təmin edilməsi;

  • BDU korporativ şəbəkəsinə server və şəbəkə avadanlıqlarının quraşdırılması, tənzimlənməsi və mövcud olan server və şəbəkə avadanlıqlarının idarə edilməsi, şəbəkə istifadəçilərinin istifadə hüquqları ilə təmin edilməsi;

  • İstifadə olunan texniki vasitələrin vaxtında yeniləşdirilməsinin təmin edilməsi, yeni serverlərin və şəbəkə avadanlıqlarının alınması üçün sifarişlərin hazırlanması, alınması və istifadəyə verilməsinin həyata keçirilməsi;

  • BDU-nun WEB – saytının yaradılması, yenilənməsı və ona texniki xidmətin göstərilməsi;

  • Şöbədə görülən işlər barədə hesabatlar hazırlanması.