Kompüterlərin texniki təminat şöbəsi

Şöbə aşağıdakı işləri həyata keçirir:

  • BDU-nun bütün strukturlarında mövcud olan texniki avadanlıqların işlək vəziyyətdə olmasının təmin edilməsi, profilaktik tədbirlərin həyata keçirilməsi;

  • İnformasiya texnologiyaları və proqram təminatı sahəsində inkişaf məqsədi ilə yeni avadanlıq təchizatı ilə bağlı təkliflərin hazırlanmasına kömək;

  • BDU-da istifadə olunan şəbəkə avadanlıqlarına texniki xidmət göstərilməsinin, zərurət olduqda onların texniki hissələrinin təmir edilməsinin, dəyişdirilməsinin və ya bu məqsədlə müvafiq qurumlarla qarşılıqlı işin təşkil edilməsi;

  • BDU üzrə texniki avadanlığa, tərkib hissələrinə və işlək materiallara olan tələbatın müəyyənləşdirilməsi, təhlil edilməsi və mərkəzləşdirilmiş şəkildə təchizatın təmin edilməsinə kömək;

  • Kompüter texnikasının təhlükəsizliyinin texniki təminatının həyata keçirilməsi;

  • BDU-da istismar olunan kompüter texnikasından müvafiq qaydalara uyğun istifadə edilməsinə nəzarətin həyata keçirilməsi;

  • İnformasiya texnologiyaları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi ilə bağlı təkliflərin hazırlanması;

  • Şöbədə görülən işlər barədə hesabatlar hazırlanması.