Texniki və proqram təminatı şöbəsi Bakı Dövlət Universitetində  Kompyuter siniflərininin, sistem və tətbiqi proqram təminatlarının, texniki avadan­lıqların (sistemlərin) və intranet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olmasını təmin edən, yeni proqram təminatlarının hazırlanmasında və tətbiqində iştirak edən və istifadəçilərin bu sahədə maarifləndirilməsinə və onlara metodiki kömək göstərən stru­k­tur bölməsidir.

 

Şöbənin vəzifələri və funksiyaları

  • Kompyuter siniflərində tədrisin təşkili işlərinə kömək;
  • Yeni tətbiqi proqramların hazırlanmasında iştirak və istismarını təmin etmək;
  • Müvafiq sahənin inkişaf etdirilməsi məqsədilə yeni avadanlıqların alınması, proqram təminatının yenilənməsi, müvafiq lisenziyaların və sertifikatların alınma­sı, şəbəkə infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı BDU rəhbərliyinə təqdim edilməsi üçün təkliflər hazırlamaq;
  • Elektron xidmətlərin fəaliyyətini təmin edən proqram təminatlarının və texniki sis­tem­lərin fasiləsiz işlək vəziyyətdə olması, təkmilləşdirilməsi və təşviqi istiqamə­tində tədbirlər görmək;
  • Texniki və proqram vasitələrinin yenilənməsi və informasiya sisteminə yeni elementlərin daxil edilməsi yolu ilə onun genişləndirilməsi barədə BDU-nun rəhbərliyinə təqdim edilməsi üçün təkliflər hazırlamaq;
  • Kompyuter siniflərinin tədrisə tam hazır vəziyyətdə olmasını təmin etmək;
  • Sıradan çıxmış kompüter hissələrinin diaqnostikası və dəyişdirilməsini təmin etmək;
  • BDU müasir texnologiyalara əsaslanan tədris prosesinin və idarə­etmənin strateji vəzifələrinə cavab verən intranet şəbəkəsinin genişləndirilməsi məqsədilə inkişaf layihələrinin hazırlanmasında iştirak və texniki işləri həyata keçirmək;
  • Kompüter avadanlıqlarının proqram təminatları ilə təmin olunması işlərinin həyata keçirilmək;
  • Kompüterlərin alımış lisenziyalı sistem və tətbiqi proqram təminatları ilə təchiz olunmasını həyata keçirmək;
  • Kompüter və hesablama texnikası avadanlıqlarının uçotu və sertifikatlaşdırılması işinndə iştirak etmək.